Ana səhifə Qalereya Xidmətlər Məşqçilər Preyskurant Əməkdaşlıq Əlaqə
Ganjlik logo
Phone number
Map
Football
Tennis
Pool
Sauna
Fitness

XİDMƏTLƏR


Tennis

Tennis (çox ehtimal ki, fransızca tener – «buyurun götürün» sözündəndir) – xüsusi meydançada (kort) qurulmuş tor üzərindən iştirakçıların topu raketkanın köməyi ilə meydançanın tor arxasında qalan hissəsinə göndərməsidir. Tennisə bənzər oyun XIII-XIV əsrlərdə İtaliya, Fransa və İngiltərədə meydana gəlmişdi. Əvvəllər topu torun üzərindən əllə göndərirdilər, raketkadan istifadə isə XVI əsrin əvvəllərində meydana gəlmişdir. Müasir tennis isə XIX əsrin ikinci yarısında Böyük Britaniyada meydana gəlmişdir. Rusiyada tennis yalnız 70-ci illərdə geniş yayılmağa başladı. İndi isə o dünyada ən məşhur idman növlərindən biridir. Ən böyük beynəlxalq yarışlar:
  • Uimbldon yarışları (1877-ci ildən);
  • Devis Kuboku (1900-cü ildən);
  • Federasiya Kuboku (1963-cü ildən);
  • Dünya çempionatı isə 1978-ci ildən keçirilir.
Olimpiya oyunları proqramında isə 1896-1926 və 1988-ci ildən keçirilir.
«Gənclik» idman kompleksi sizin xidmətinizə 3 açıq və 3 bağlı kort (meydança) təqdim edir. Meydançaların örtüyü ən müasir texnologiya üzrə düzəldilmiş, xard tipli, yumşaldılmış örtüklə səciyyələnir. Onu xüsusi olaraq qeyd etmək lazımdır ki, bizim meydançalarda tennis oynamaq tennis həvəskarlarına xüsusi zövq verir. Onların hansı stildə oynamasından asılı olmayaraq, oyunçuların ayaqları təhlükəli gərginliyə məruz qalmır. Bu örtüyün düzgün seçilmiş yümşaqlığı ilə səciyyələnir ki, o da öz növbəsində topun yerə dəydikdən sonra tam uyğun sıçramasını təmin edir. Bakı və MDB-də bu səviyyəli kortlara tək-tək hallarda rast gəlinir. Tam olaraq Avstriyada hazırlanmış kort (meydança) avstriya mütəxəssisləri tərəfindən quraşdırılmışdır. Meydançadakı abu-hava avtomatlaşdırılmış, kondinsiyalaşdırılması sistemi ilə saxlanılır, bu səbəbdən də ilin bütün fəsillərində burada oynamaqdan ləzzət almaq olar. Kortda qadın və kişi geyinib-soyunma otaqları və duşxanalarından əlavə VIP otağı da fəaliyyət göstərir.


Hovuz

Siz mavi, şəffav su doldurulmuş təmtəraqlı hovuzda üzə bilərsiniz. Qeyd edək ki, burada tədbiq olunan «Hilton» təmizləmə sistemi nadir bir qurğudur. Bizim Hovuz öz reytinqinə görə Bakıda aparıcı yerlərdən birini tutur. Bu özünü gün ərzində bura gələnlərin sayında daha aydın əks etdirir. Hovuzda hər gün saat 14.00-dan 16.00-dək qadın saatı fəaliyyət göstərir. Hovuza gəlmək istəyənlər abonement və ya seansın başlanğıcına buradaca bilet alıb daxil ola bilər, hər bir halda tibbi arayışı labüddür.Tibbi arayışı idman kompleksinin tibbi kabinetindən almaq mümkündür. Hovuzda üzgüçülük üzrə çempionlar və idman ustaları təlimçi vəzifələrində çalışırlar. Uşaqlar və böyüklər onların rəhbərliyi altında üzməyi öyrənirlər. Bir seansın müddəti 1 saat 20 dəqiqədir (1 saat hovuzda olmaq – 15-20 dəqiqə duş qəbul etmək və soyunub-geyinməyə sərf olunur).


Trenajor zalı

Bizim zal «TechnoGym» firmasının Ən müasir mexaniki və kompüterləşdirilmiş trenajorları ilə təchiz olunmuşdur. Bizim mütəxəssislər sizə orqanizminizin imkanlarını dəyərləndirməkdə, düzgün qidalanmaq məsələlərində, bədən formanızın korreksiyası, hərəkətinizin koordinasiyasına dair məşqlər üçün fərdi proqram hazırlamaqda sizə yardım edərlər. Trenajor zalında məşq etmək – özünüzü yaxşı formada saxlamaq imkanı deməkdir. Bu məşqlər sizin aktiv və işguzar həyatdan ayrılmamanıza yardım edir. Sizin maksimal fiziki təzyiq almanız üçün, hərəkətləri yerinə yetirərkən müsbət emosional fon və lazımi tempi saxlamağınıza məşqçilər yardım edərlər. Xüsusi olaraq qadınlar üçün 14.00-dan 15.00-dək qadın saatıdır.


Sauna

Sauna insan orqanlarına və orqanizm sistemlərinə xeyirli təsirinə görə məşhurlaşmışdır. Aparılan müşahidələr göstərir ki, 10 dəqiqə saunada olmaq hərəkətəgətirici reaksiyasını artırır və hərəkət koordinasiyasını yaxşılaşdırır.


Mini - futbol

Mini-futbol və ya futzal XX əsrin 20-ci illərində oynamaq istəyənlərlə dolu olan Braziliya çimərliklərində meydana gəlmişdir. Sonralar hər bir tərəfdən beş nəfər olmaqla zallarda oynamağa başlamışlar. Avropada ilk dəfə mini-futbol oynamağa avstriyalılar başlamışlar. 1958-ci ildə Avstriya yığma komandasının rəhbərindən biri Yozef Arqauer bu oyunun ideyasını İsveçdə keçirilən dünya çempionatından gətirmişdi. Orada Braziliyalıların zalda keçirdikləri məşqlərə baxdıqdan sonra Vena «Ştadt-xalle»sində ilk matçın təşkil olunmasını təklif etdi. Mini-futbol tədricən digər ölkələrdə də məşurlaşdı. 1988-ci ildə futbolun (5x5) qaydaları təsdiqləndi, 1989-cu il yanvarın 5-dən 15-nə dək Hollandiyada mini-futbol üzrə ilk dünya çempionatı keçirildi.

«Gənclik» idman kompleksinin ərazisində, dördüncü nəsl örtüklə döşənmiş, havaların necə keçməsindən aslı olmayaraq keyfiyyətini dəyişməyən qapalı mini -futbol zalı və açıq mini-futbol meydançası sizin xidmətinizə təqdim olunur. Son nəsildən olan meydança örtüyü ən son texnologiya nəzərə alınmaqla hazırlanmışdır. Hər hansı bir səviyyəli oyunçuya komfort təmin edir. Yeni sintetik örtüyün meydana gəlməsi, yanıq və zədə almaq qorxusu olmadan sürümə ilə top qaytarma və topun sürüşməsinə nəzarət etmək imkan verir. Beynəlxalq Futbol Federasiyası Assosiasiyası və Birləşmiş Avropa Futbol Assosiasiyası süni meydançaların üstünlüyünə əmindirlər və onun gələcəyi olduğunu görürlər. Əsasən bağlı meydançalarda tökmə tipli meydançaları xüsusilə qeyd etmək istərdik. Ən son dünya standartları üzrə Almaniyanın «Polytan» zavodunda hazırlanmış örtüklər bütün analoqları arasında Ən az travma alma təhlükəsi ola bilən sayılır. Mini-futbolda Ən geniş yayılmış topuq zədəsi bu örtük üzərində oynayarkən nadir hallarda baş verir.



 
© 2002-2006 “Gənclik” l all rights reserved l created by “Azerin” LLC