Хoş gəlmişsiniz!
GƏNCLİKİdman Kompleksi
"Gənclik" idman kompleksində tennis kortları, trenajor zalı, hovuz, mini-futbol və müasir avadanlıqlarla təchiz olunmuş idman zalları var.
Xidmətlər
"Gənclik" idman kompleksi sizin üçün növbəti xidmətləri təqdim edir

TENNIS
Qapali və açıq kortlar sizin xidmətinizdədir

HOVUZ
Bakinin ən məşhur yerlərdən biri olan və kristal təmiz sudan ibarət qapali hovuz

TRENAJOR ZALI
«Technogym» trenajorlari ilə təchiz olunan zal

MINI-FUTBOL
"Gənclik" idman kompleksinə məxsus mini-futbol məşqləri haqqinda daha ətrafli buradan taniş olun
İDMAN HƏYAT TƏRZIDIR!
Məşqçi heyəti
Məşqçilərimizlə daha ətraflı tanış olun
Məmmədov Fikrət Eldar oğlu
Üzgüçülük təlimçisi
Anadan olma tarixi: 1986. 1991 - 2008 - ci illər arası dəfələrlə üzgüçülük üzrə Azərbaycan çempionu. Gürcüstan, Türkiyə, İsrail kimi ölkələrdə keçirilmiş beynəlxalq turnirlərin iştirakçısı. Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İspaniyada keçirilmiş dünya çempionatlarında təmsil edib.
Qafarov Elçin Mikayıl oğlu
Trenajor təlimçisi
Anadan olma tarixi: 1963 Öz professional məşqçi karyerasını 1987-ci ildə başlayıb. Şəhərin bir çox bodibildinq məşq zallarında işləyib. Məşqdən sonra alınan zədələrin bərpa olunma metodikaları ilə tanışdır (onurğanın qrıjası, skolioz və sairə)
Mixailova Valeria
Üzgüçülük üzrə təlimatçı
Date of birth: July 15, 1999 Professional swimmer 2008-2018. Candidate for Masters of Sports in Breaststroke. Champion of Azerbaijan’s all-around swimming, multiple winner of championships of the republic and Cups of Transcaucasia, participant of international tournaments.
Niftəliyev Samir Qüdrət oğlu
Trenajor təlimçisi
Anadan olma tarixi: 1977. 2000-ci ildən ildən fitnes və bodibildinq təlimcisidir. Bu cür idman növlərində yüksək səviyyəli teoritiki və metodiki mütəxəssis. Güləşdə və digər döyüş növlərində yüksək təcrübəsi var.
Ali Abdiyev
Fitnes təlimçisi
Ali Abdiyev - peşəkar idman keçmişi olan fitnes təlimçisi.
Azərbaycan yığmasının keçmiş yüngül atletika üzvü, milli səviyyədə qələbə təcrübəsi var.
İxtisaslaşma:
• əzələ kütləsinin artırılması
• yağ yandırma
• funksional hazırlıq (dövlət normativləri daxil olmaqla)
Həm yeni başlayanlarla, həm də formasını yeni səviyyəyə çıxarmaq istəyənlərlə işləyir.
Əsas vurğu — nəticə:
fərdi proqramlar, davamlı nəzarət və bədəni dəyişən intizam.
Niftəliev Fərhad
Fitnes təlimçisi.
1988-ci ildən cüdo və əlbəyaxa döyüş üzrə məşqçi kimi əmək fəaliyyətinə başlamışdır.
Fiziki hazırlıq sahəsində uzun illərin təcrübəsinə malikdir.
Hal-hazırda fitness və CrossFit məşqləri keçir, hər kəsin fərdi məqsəd və xüsusiyyətlərini nəzərə alaraq proqramlar hazırlayır.
İşində əsas diqqəti yönəldir:
— güc məşqlərinə
— qidalanmanın tənzimlənməsinə
— bədən formasının yaxşılaşdırılmasına
— çəkinin azaldılmasına
Təcrübə, sistemli yanaşma və nəticəyə yönümlülük.
Aslanova Mədinə
Üzgüçülük üzrə təlimçi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, professional üzgüçü
• Açıq Azərbaycan və Gürcüstan çempionatlarının mükafatçısı
• 2021-ci ildən üzgüçülük üzrə təlim keçir
Hər kəsə asanlıqla yanaşma tapır
Sıfırdan üzmə öyrədir və sudan qorxunu aradan qaldırır
Məşqləri effektiv və komfortlu şəkildə keçir
Onunla ilk dərslərdən etibarən suda özünüzü daha inamlı hiss edəcəksiniz
Lyovina Yelena
Üzgüçülük üzrə təlimçi
Uşaqlıqdan üzgüçülüklə məşğul olub, şəhər və
respublika yarışlarında iştirak edib.
Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Təcrübə — 13 il.
Uşaqlarla, o cümlədən skoliozu olanlarla işləyir. Məşqlərə mütəmadi qatılan şagirdlərdə müsbət nəticələr müşahidə olunur.
